Sizin reklam burada
Sizin reklam burada

“Bəli, bu belədir”

“Bəli, bu belədir”
Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bənzətməsindən dolayı Serbiya Prezidenti Aleksandr Vuçiçdən üzr istəyib.

Bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

“Bəli, bu belədir”, - Peskov bildirib.

Qeyd edək ki, Mariya Zaxarova sosial şəbəkədəki səhifəsində Ağ Evdə Serbiya Prezidenti Aleksandr Vuçiçin amerikalı həmkarı Donald Trampın masasının qarşısında stulda oturduğu fotoşəkli paylaşmışdı.

Zaxarova həmin fotoşəklin altına məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını ayağının üstünə qoyduğu kadrı əlavə etmişdi.

Sözçü daha sonra bu paylaşımına görə üzr istəmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ