Sizin reklam burada
Sizin reklam burada

Ölkəni etiraz aksiyaları bürüdü

Ölkəni etiraz aksiyaları bürüdü
Minlərlə israilli Baş nazir Binyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısına toplaşaraq hökumət başçısının istefasını tələb edir.

“Euronews” xəbər verir ki, ölkədə son həftələrdə etiraz aksiyaları səngimək bilmir.

Şənbə günü nümayiş pisləşən epidemioloji vəziyyət fonunda baş verib: İsrail adambaşına düşən “COVİD-19” infeksiyaları sayına görə dünyada birinci yerə çıxıb. Amma ölkədə ölüm nisbəti bir sıra Avropa ölkələri və ABŞ-dan daha aşağıdır.

İsrail şəhərlərindəki nümayişlər əsasən dinc şəkildə keçirilir. Lakin şənbə günü Qüdsdəki bir etiraz aksiyası polislə toqquşmaya çevrilib. Ən azı 13 iştirakçı həbs olunub. 2 asayiş keşikçisi yaralanıb.

İsraildəki etirazçılar baş naziri korrupsiyada günahlandırır və hökumətin ölkədə işsizliyin kəskin artımıyla nəticələnən koronavirusla mübarizə üçün sərt tədbirlərini tənqid edirlər.

Binjamin Netanyahuya qarşı korrupsiya ilə bağlı istintaq isə davam edir. Yazda başlanmalı olan məhkəmə, epidemiya səbəbindən artıq bir neçə dəfə təxirə salınıb. Baş nazir isə bütün ittihamları rədd edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ