Sizin reklam burada
Sizin reklam burada

Atəş rejimini pozmaq prosesin sülh yolu tənzimlənməsinə qarşı çıxmaq deməkdir

Atəş rejimini pozmaq prosesin sülh yolu tənzimlənməsinə qarşı çıxmaq deməkdir
Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba və rusiyalı həmkarı Sergey Lavrov arasında təcili telefon danışığı baş tutub.

Buna səbəb Donbasda vəziyyətin gərginləşməsi olub.

“Bu gün Birləşmiş Qüvvələr Əməliyyatı zonasında qeyri-qanuni silahlı birləşmələr provokasiya törədərək bir ukraynalı əsgəri öldürüb, digərini isə yaralayıb. Bu açıq şəkildə atəş rejimini pozmaq və prosesin sülh yolu tənzimlənməsinə qarşı çıxmaq deməkdir. Mən mövcud vəziyyət və ondan çıxış yollarını müzakirə etmək üçün Rusiya XİN rəhbəri Sergey Lavrovla təcili danışığa başladım”, - deyə Kuleba bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ