Sizin reklam burada
Sizin reklam burada

İttifaq 81 milyard avro təklif etdi

İttifaq 81 milyard avro təklif etdi
Avropa İttifaqı (Aİ) Komissiyası koronavirus səbəbiylə 15 üzv ölkədəki məşğulluğun qorunması ilə bağlı SURE proqramı çərçivəsində, təxminən 81 milyard avro maliyyə dəstəyi təklif edib.

“Anadolu” agentliyi xəbər verir ki, təklif çərçivəsində İtaliya, İspaniya, Polşa, Belçika, Rumıniya, Yunanıstan və digər dövlətlərə məşğulluq proqramları üçün güzəştli şərtlərlə borc veriləcək.

COVID-19 üçün hazırlanmış məşğulluğa dəstək proqramına əsasən üzv ölkələr iqtisadiyyatlarının böyüklüyündən asılı olaraq Aİ Komissiyasına cəmi 25 milyard avro kredit zəmanəti verəcək.

Bu zəmanətlə Aİ Komissiyası kapital bazarlarından 100 milyard avro yığacaq.

Bu fondla Aİ Komissiyası üzv ölkələrə qısamüddətli iş proqramlarında və əmək haqqı dəstəyi proqramlarında istifadə üçün əlverişli şərtlərlə kreditlər verəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş