Sizin reklam burada
Sizin reklam burada

Separatçı lider Moskvanın adamını qəbul etmir

Separatçı lider  Moskvanın adamını qəbul etmir
Xəbər verdiyimiz kimi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın başçılığıyla “Vətən” partiyasının nümayəndələri bir neçə gündür ki, Azərbaycanın işğal altındakı torpaqlarında müxtəlif görüşlər keçirir.

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, artıq partiya şurasının üzvləri qondarma separatçı kriminal rejimin qanunsuz “qanunverici orqanı”nın spikeri Artur Tovmasyan və “təhlükəsizlik şurası”nın katibi Samvel Babayanla görüşüblər.

“Lakin A.Vanetsyanın qarşısına qoyulan əsas vəzifə Artsax prezidenti Arayik Arutyunyanla görüşməkdir, amma o, bunu bacarmayacaa”- deyə 1in.am nəşri yazır.

Nəşrin verdiyi məlumatda deyilir ki, Qarabağa daxil olduqdan dərhal sonra Vanetsyan Arutyunyana bir neçə dəfə zəng edərək görüşmək arzusunu bildirib. Ancaq separatçı lider Vanetsyanın siyasi kursunun onun üçün qəbuledilməz olduğunu və “Qarabağın təhlükəsizliyi və inkişafı ilə bağlı fikirlərinin RA Baş naziri Nikol Paşinyanla eyni olduğunu bildirərək” onun görüş istəyini rədd edib.

Qondarma kriminal rejim başçısının mətbuat katibi Vaqram Poqosyan da “rəsmi” açıqlamasında A.Vanetsyanla görüşün rədd olunmasının səbəbinin “yalnız Araik Arutyunyanın sıx iş rejimində olmadığını, eyni zamanda Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyətinin siyasətini şübhə altına alan siyasi qüvvələrlə görüşlərin “prezident” üçün qəbuledilməz olduğunu” söyləyib.

Xatırladaq ki, Ermənistandakı son olay və proseslərdən gəlinən nəticələrə görə, işğalçı ölkənin keçmiş MTX rəhbəri olan A.Vanetsyan Moskvanın hazırkı baş nazir N.Paşinyanın yerinə hazırladığı real namizəddir…

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ