Sizin reklam burada
Sizin reklam burada

Cin koronavirusa qarşı vaksini patentləşdirdi

Cin koronavirusa qarşı vaksini patentləşdirdi
Çinin Əqli Mülkiyyət Hüquqları Dövlət İdarəsi ölkədə hazırlanmış koronavirusa qarşı peyvənd üçün ilk patent verib.

Bu barədə "Sinxua" agentliyi İdarəyə istinadən bildirib.

Məlumata əsasən, söhbət CanSino Biologics və Hərbi Tibb Elmləri Akademiyasının yanında Biomühəndislik Tədqiqatları İnstitutunun birgə hazırladığı adenoviral vektor Ad5-nCoV-a əsaslanan rekombinant peyvəndindən gedir.

Bildirilib ki, həmin vaksin tez bir zamanda geniş miqyasda istehsal edilə bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş