Sizin reklam burada
Sizin reklam burada

"Heç bir dövlətə Fələstinin adından danışmaq hüququ verilməyib"

"Heç bir dövlətə Fələstinin adından danışmaq hüququ verilməyib"
Fransa Prezidenti Emmanuel Makron fələstinli həmkarı Mahmud Abbasla telefonda danışıb.

Makron görüşdə bölgədəki münaqişənin dinc yolla həllinin əsas prinsip olduğunu bildirib.

Mahmud Abbas isə Makrona heç bir dövlətə Fələstin xalqının adından danışmaq hüququ verilmədiyini deyib:

“Nə BƏƏ-nin, nə də başqa dövlətin Fələstin xalqının adından danışmaq haqqı var. Başqa bir dövlət belə bir addım atsa, BƏƏ-yə göstərdiyimiz münasibəti sərgiləyəcəyik. Fələstin məsələsindən normallaşma adı altında başqa bir məqsəd üçün istifadə olunmasına icazə verməyəcəyik”.

Makron məsələ ilə əlaqədar müzakirələr aparmaq üçün Mahmud Abbası Parisə dəvət edib. Fələstin lideri təklifi qəbul edərək, ən yaxın zamanda Fransaya gedəcəyini diqqətə çatdırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ