Sizin reklam burada
Sizin reklam burada

Tehran S-400-ləri əldə edə bilər

Tehran S-400-ləri əldə edə bilər
ABŞ və İsrail Rusiyanın İrana S-400 sata biləcəyi ilə bağlı mümkün ssenariyə hazırlaşır.

Bu barədə “Breaking Defense” nəşri məlumat yayıb.

Bildirilib ki, embarqoların götürülməsi durumunda Tehran S-400-ləri əldə edə bilər.

Məqalədə qeyd edilir ki, bir müddət əvvəl İsrail və ABŞ hərbçiləri şərti HMS və F-35-lərin zərərsizləşdirilməsinə yönəlik birgə təlim keçiriblər və sözügedən taktiki təlimin S-400 sistemlərinə qarşı keçirilməsi də mümkündür.

İddiaya görə, Tehran 2019-cu ildə S-400 alınması ilə bağlı danışıqlar aparsa da, rədd cavabı alıb.

Ekspertlər hesab edir ki, sanksiyaların götürülməsi halında Tehrana S-400 satılması mümkündür.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ