Sizin reklam burada
Sizin reklam burada

Putinlə Əliyev telefonla danışdı

Putinlə Əliyev telefonla danışdı TASS xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub və xüsusi olaraq regional məsələlər müzakirə edilib;

Çərşənbə günü Kremlin mətbuat xidmətindən verilən məlumata görə, söhbət Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

"İyul ayında Azərbaycan-Ermənistan dövlət sərhəddində vəziyyətin gərginləşməsi kontekstində regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya tərəfi gərginliyin artmasına səbəb olan istənilən hərəkətin qarşısını almağın vacibliyini vurğulayıb", - deyə məlumatda bildirilir.

Söhbət əsnasında Azərbaycan lideri Rusiya Federasiyasının rəhbərini koronavirus infeksiyasına qarşı peyvəndin qeydiyyata alınması münasibətilə də təbrik edib.

"İlham Əliyev Vladimir Putini koronavirus infeksiyasına qarşı Rusiya peyvəndinin qeydiyyata alınması münasibətilə təbrik edib", - Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutmuş Rusiya - Azərbaycan liderlərinin söhbətinin yekunları üzrə məlumatda belə deyilir.

Mətbuat xidmətindən verilən məlumata görə, ölkələrin liderləri ikitərəf üçün gündəmdəki aktual problemləri də müzakirə ediblər. "Bütün sahələrdə Rusiya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirmək üçün qarşılıqlı mövqe təsdiqlənib".

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ