Sizin reklam burada
Sizin reklam burada

Qərb Rusiyanın vaksin kəşfinə inanmır

Qərb Rusiyanın vaksin kəşfinə inanmır
Dünən Rusiya prezidenti Vladimir Putin ölkəsində COVID-19-a qarşı ilk vaksinin hazırlandığını elan edib.

CNN xəbər verir ki, vaksinin yaradılması barədə açıqlama xarici ekspertlərdə ciddi maraq doğurub. Putin çıxışında öz qızına da vaksinin vurulduğunu, ancaq prosesin tam yekunlaşmadığını qeyd etmişdi.

Vaksin 1957-ci il Sovetlər Birliyi Peykinə istinadən “Sputnik V” adlandırılıb. Alimlərin aylarla insanlar üzərində vaksini test etməsinə baxmayaraq, həlledici mərhələyə yalnız dünənki açıqlamadan sonra başlanılmışdı.

Bu gün isə yalnız Rusiyada deyil, bir sıra Yaxın Şərq və Latın Amerikası ölkələrində də 2 mindən çox insan üzərində vaksinin 3-cü mərhəsinin sınaqlarına başlanıldığı qeyd edilib. Adətən, bu mərhələ həlledici olduğu üçün eyni vaxtda on minlərlə insanın sınaqda iştirak edəcək.

CNN-nin rəyini soruşduğu ekspertlərin rəyincə, “Sputnik V” vaksinin nə dərəcədə təhlükəsiz olması barədə dəqiq bir cavab demək çətindir. Rusiya vaksin təhlükəsizliyi barədə hər hansı bir statistik məlumat paylaşmayıb və sadəcə birinci və ikinci sınaq mərhələrində könüllülər üzərində aparılan testlərdən sonra heç bir gözlənilməz əks-təsirin olmadığını açıqlayıb.

Nottinqem Universiteti Yoluxucu Xəstəliklərin Epidemalogiyası kadefrasının fəxri profesoru Keis Nil isə CNN-nə 3-cü mərhələnin nəticələrindən xəbərdar olmadan təhlükəsizlik barədə bir mülahizə dilə gətirməyin doğru olmadığını vurğulayıb.

Nil vaksinin insanları infeksiyadan qoruyub qorumadığı barədə də dəqiq fikir səsləndirməyib. Ancaq vaksinin rəsmi saytına əsasən, “Sputnik V” test edilən könüllülərdə güclü antikor və hüceyrə əsaslı immunitet reaksiyasına səbəb olur, elə bu səbəbdən iştirakçılardan heç biri peyvəndin vurulmasından sonra virusa yoluxmayıb.

Vaksin effektiv olduğu təqdirdə belə, onun nə qədər davam edəcəyi də hələ məlum deyil. Qərb mediası dünya səhiyyəsində və mediasında “Sputnik V” vaksini ilə bağlı yaranış suallara sınaqların 3-cü mərhələ yekunlaşdıqdan sonra aydınlıq gətirələcəyini təxmin edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ