Sizin reklam burada
Sizin reklam burada

Tramp: Əziyyət çəkirəm

Tramp: Əziyyət çəkirəm
ABŞ Prezidenti Donald Tramp atdığı tvitlərdən dolayı əziyyət çəkdiyini deyib.

Onun mesajları müxaliflər, hətta sosial şəbəkə rəhbərliyi tərəfindən də tez-tez tənqid olunur. Təkcə 2020-ci ildə Trampın paylaşımları müəllif hüquqlarının pozulması və ya digər səbəblərdən bir neçə dəfə blok edilib.

“Barstool” İdman qurucusu Deyv Portnou ilə görüşdə Amerikalı lider sosial mediada yazdıqlarından dolayı tez-tez təəssüfləndiyini dilə gətirib:

“Keçmişdə məktub yazır və masanın üstünə qoyurdun. Ertəsi gün onu oxuyanda başa düşürdün ki, çox uzundur. Və sevinirdin ki, “Oh, nə yaxşı göndərməmişəm”. Tvitterdə bunu etmək mümkün deyil, mesajlar dərhal göndərilir. Və sonra telefon zəngləri gəlməyə başlayır. “Doğrudanmı bunu sən demisən?” Sual verirəm ki, burda nə problem var axı?”.

Tramp etiraf edib ki, ümumiyyətlə sosial şəbəkələrdə çox vaxt keçirir. Yalnız yazdıqlarından deyil, həm də rettvitərdən əziyyət çəkir.

Qeyd edək ki, ABŞ lideri sosial şəbəkələrdə səhifələrini əsasən özü idarə edir. Günortadan sonra isə mütəxəssisin köməyindən yararlanır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ