Sizin reklam burada
Sizin reklam burada

“Gürcü Arzusu” təkzib verdi

“Gürcü Arzusu” təkzib verdi
Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Marneulinin sabiq meri Temur Abazovun proporsional seçki siyahısına daxil edilməsi barədə yayılan məlumatı təkzib edib.

Bu barədə partiya fraksiyasının rəhbəri Rati İonatamişvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ gündəmə çıxarılmayıb: “Dəqiq deyə bilərəm ki, bu məsələ müzakirə olunmayıb və olunmayacaq”.

Qeyd edək ki, T.Abazov yerli mətbuata açıqlamasında partiyanın proporsional sistem üzrə deputatlığıa namizədlər siyahısında yer alacağını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ