Sizin reklam burada
Sizin reklam burada

ABŞ Ali Məhkəmənin sədrinin başına 5 milyon dollar mukafat vəd edir

ABŞ Ali Məhkəmənin sədrinin başına 5 milyon dollar mukafat vəd edir
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Venesuela Ali Məhkəməsinin sədri Maykl Xose Moreno Perezə ölkəsi tərəfindən sanksiya tətbiq edildiyini açıqlayıb.

Pompeo Sərhəddənkənar Mütəşəkkil Cinayətkarlıq Proqramı çərçivəsində adıçəkilən şəxsin həbs olunması üçün əməkdaşlıq edənlərə 5 milyon dollar mükafat veriləcəyini vəd edib.

O, Moreno Perez və həyat yoldaşının qanunsuz əməllər törətdiyini, Venesueladakı məhkəmə proseslərində pul və ya mülk qarşılığında qanunsuzluqlar etdiyini bildirib: “ABŞ qanunsuzluqla mübarizədə və demokratiyanın sülh yolu ilə bərpası üçün Venesuela xalqı ilə birlikdə olmağa davam edir”.

Qeyd edək ki, Moreno Perez 12 mart 2020-ci ildə Florida Cənub Bölgəsi Məhkəməsində rüşvətlə bağlı çirkli pulların yuyulması ittihamları ilə açılan federal məhkəmə iclasında mühakimə olunmuşdu.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ