Sizin reklam burada
Sizin reklam burada

Çin Rusiyaya qarşı çıxdı

Çin Rusiyaya qarşı çıxdı
Çin hökuməti Rusiyanın Hindistana S-400 zenit raket sistemlərini satmaq planlarından narazıdır.

Məlumatı “Sina” agentliyi yayıb. Məlumata görə, Pekin bu sistemlərin Hindistan-Çin sərhədində peyda olacağından və bunun ölkələr arasında konflikti gücləndirəcəyindən narahatdır.

Pekini narahat edən başqa məqam bu konfliktə Rusiyanın da qoşula biləcəyidir. Hazırda Hindistanın Çinlə sərhəddə “Akaş” sistemlərini yerləşdirdiyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə Çinlə Hindistan arasında son 45 ildə ilk dəfə hərbi toqquşma yaşanıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ