Sizin reklam burada
Sizin reklam burada

Soros işğalçı ölkəyə növbəti dəfə pul ayırdı

Soros işğalçı ölkəyə növbəti dəfə pul ayırdı
Tanınmış milyarder Corc Sorosun rəhbəri olduğu “Açıq Cəmiyyət” İnstitunun Ermənistan Fondu işğalçı ölkəyə koronavirusla mübarizə üçün 600.000 dollardan çox vəsait ayırıb.

Bu barədə erməni saytlarına Fondun mətbuat xidmətindən məlumat verilib.

Tibb işçiləri üçün “PCR” testləri, fərdi qoruyucu vasitələr və avadanlıqların alınmasından ötrü təxminən 50.000 ABŞ dolları ayrılıb.

Həmçinin, 13 kompüter və 10 min tibbi maska ​​penitensiar müəssisələrin xəstəxanalarına təhvil verilib.

5000-dən çox erməni vətəndaş sosial yardım alıb. Bundan əlavə, Soros fondu 120 Suriya ermənisinə, eyni zamanda Ermənistanın yezidi kürd icmasına da yardım edib.

Son günlər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi birləşmələrinin yerləşdiyi Tavuş bölgəsində isə yeni doğulmuş uşaqları olan 250 aztəminatlı ailəyə 50 min dollar məbləğində yardım olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ