Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın qarşısını almalıyıq

 Rusiyanın qarşısını almalıyıq
Pentaqonun rəhbəri Mark Esper NATO üzrə tərəfdaşlarını Rusiyanı dayandırmaq məqsədilə alyansın döyüş qabiliyyətini artırmağa çağıırıb.

Bu haqda məlumat ABŞ Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

“Bu, bizim müttəfiqlərimizin və tərəfdaşlarımızın Ümumi Daxili Məhsulun ən azı 2 faizini müdafiəyə xərcləməsinin təminatından başlayaraq hər şeyə aiddir. Biz son bir neçə ildə bu sahədə böyük irəliləyiş əldə etmişik, amma hələ şox iş görməliyik” – deyə, Esper bildirib.

Pentaqon rəhbəri Krımı özünə birləşdirən, Suriya və Liviyada hərbi əməliyyatlarda iştirak edən Rusiyanı “dünyada sakitliyi pozan” ölkə adlandıraraq, alyansa qarşı çıxanlara müqavimət göstərməyi tələb edib: “Biz Rusiyanın qarşısını almalıyıq. Biz NATO-nu möhkəmləndirməli və tərəfdaşlarımızı gücləndirməliyik”.

Espera, həmçininn ABŞ üçün Çini dayandırmağın daha çətin olacağını da qeyd edib.

Bir neçə gün öncə isə NATO-nin rəsmi nümayəndəsi Oana Lungesku prezident Vladimir Putinin iyulun 17-də qəfildən ordunun döyüş hazırlığını yoxlamasını səbəb gətirərərk Rusiyanı şəffaflıq şərtlərini pozmaqda ittiham edib. Alyans hesab edir ki, Rusiya şəffaflıqdan qaçmaq üçün müxtəlif yollara əl atır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ