Sizin reklam burada
Sizin reklam burada

Neft və qaz ucuzlaşdı

Neft və qaz ucuzlaşdı
Dünya bazarlarında həm neft, həm də təbii qaz ucuzlaşıb.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 43,22 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,22% azalaraq 40,66 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti azalıb. Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,46% azalaraq 1,720 ABŞ dolları təşkil edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ