Sizin reklam burada
Sizin reklam burada

İranı yenidən etiraz aksiyaları bürüdü

İranı yenidən etiraz aksiyaları bürüdü
İranda etiraz aksiyası keçirilib.

Xuzistan əyalətinin Bəhbəhan şəhərində edamların dayandırılması üçün təşkil edilən yürüş rejimı mitinqə çevrilib.

Sosial mediada paylaşılan görüntülərə əsasən, aksiyada “nə Qəzza, nə Livan, canım İrana fəda”, “Bəsic, utan və ölkəni rahat burax” kimi şüarlar səsləndirilib.

Qeyd edək ki, ötən ilin noyabr ayında benzinin qiymətinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyalarına qatılan 3 nəfər daha sonra edam cəzasına məhkum edilmişdi.

Bu arada, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini qınamaq və hökumətə dəstək məqsədilə Təbriz və Urmiya şəhərlərində aksiyalar keçirməyə icazə verilməyib. Təbrizin müxtəlif küçələrində toplaşan azərbaycanlılar “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirməyə davam edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ