Sizin reklam burada
Sizin reklam burada

"Süleymaninin öldürülməsi BMT-nin nizamnaməsinə görə özbaşına qətldir"

"Süleymaninin öldürülməsi BMT-nin nizamnaməsinə görə özbaşına qətldir"
ABŞ-ın PUA ilə iranlı general Qasım Süleymanini öldürməsi qanunsuzdur.

Bu sözlər Q.Süleymaninin ölümünü araşdıran BMT nümayəndəsi Agnes Kallamardın hazırladığı 39 səhifəlik hesabatda bildirilib.

Hesabatda qeyd edilib ki, ABŞ iranlı generalı BMT nizamnaməsi və beynəlxalq hüququ pozaraq öldürüb:

“ABŞ-ın bu günə qədər verdiyi dəlillərə əsasən, general Süleymaninin hədəf alınması və onu müşayiət edənlərin öldürülməsi BMT-nin nizamnaməsinə görə özbaşına bir qətldir. Bu hücumla BMT Nizamnaməsi pozulub. Bundan başqa, Süleymaninin ABŞ-ın maraqlarına, əsasən də İraqda bu ölkənin nümayəndəliklərinə hücum planlaşdırdığına dair heç bir dəlil təqdim edilməyib”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ