Sizin reklam burada
Sizin reklam burada

Spikerin şoka salan son sözləri: “Ölürəm, təcili o ölkəyə aparın!”

Spikerin şoka salan son sözləri: “Ölürəm, təcili o ölkəyə aparın!”
Qırğızıstanın sabiq parlament sədri və Sosial Demokrat Partiyasınən deputatı Çinibay Tursunbekov COVİD-19-a yoluxduqdan qısa müddət sonra dünyasını dəyişib.

Tursunbekovun vəfat etməzdən bir neçə saat əvvəl votsapdakı Türk-Qırğız dostluq qrupuna göndərdiyi məktub ürəkləri dağlayıb.

Tursunbekov dostluq qrupunda Türkiyənin Bişkekdəki səfiri Çingiz Kamil Firata səslənib: “Cənab səfir, çox yoruldum, ölmək astanasındayam. Təcili Türkiyə, təcili təyyarə.... Kömək. Təyyarə dərhal havaya qalxsın”.

Səfir Firat isə spikerə belə mesaj yollayıb: “Təcili yardım təyyarəsi lazımdır. Xəstəxanadasınız. Təcili surətdə mənə test nəticənizi və epikriz fotolarını göndərin, cavabını verim".

Məlumata görə, bu yazışmadan qısa müddət sonra Tirsunbekov vəfat edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ