Alimdən şok: Korona "yatmışdı" və...

Gündəm / Cəmiyyət / Dünya

82

Alimdən şok: Korona "yatmışdı" və...
COVİD-19 virusu Uhanda ötən qış peyda olmamışdan xeyli əvvəl “yatmış” vəziyyətdə idi və təbii amillər nəticəsində ortaya çıxdı.

Bu nəticəni Oksford Tibbi Faktlar Mərkəzinin böyük elmi işçisi Tom Cefferson elan edib.

Alim əminliklə bildirir ki, virus bir neçə il ərzində müxtəlif ölkələrdə mövcud olub.

O qeyd edib ki, hələ 2019-cu ilin martında, Uhanda ortaya çıxmazdan 9 ay əvvəl Barselonanın çirkab sularında COVİD-19-a rast gəlinib.

Cefferson bənzər nəticələrin Turin və Milanda da əldə edildiyini əlavə edib:

“Düşünürəm ki, virus artıq buralarda olub. Burda olduğu kimi, demək ki, hər yerdə olub. Tamamilə mümkündür ki, biz yatmış virusla əhatə olunmuşuq və o, müdaxilə nəticəsində aktivləşib”.

Conflict.az