Sizin reklam burada
Sizin reklam burada

“Bu manyakı yanımda görəndə elə bilirdilər ki...”

“Bu manyakı yanımda görəndə elə bilirdilər ki...”
ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonu tənqid edərək, onu “insanları bombalayan dəli manyak” adlandırıb.

Tramp bu barədə “Fox News”a verdiyi müsahibədə danışıb.

“Hər kəs onu dəli hesab edirdi, çünki o, yalnız insanları bombalamaq istədi və dedi ki, Rusiya və ya Çin ilə döyüşək. Danışıqlarda həmişə istədiklərimi mənə verirdilər, çünki yanımdakı bu manyak Boltonu görəndə bomba istifadə etməyə hazır olduğumu düşünürdülər”, - prezident qeyd edib.

Amma o, bunun danışıqlarda müəyyən üstünlüklər qazandırdığını etiraf edib: O, ağıllı və cəsarətli deyildi. Yadımda deyil ki, heç olmasa, bir dəfə gülümsəyib. Hətta bir dəfə ondan niyə gülmədiyini soruşdum. Bu, bir insan haqqında çox şey deyir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ