Sizin reklam burada
Sizin reklam burada

Bu addım ABŞ-ı zəiflədəcək

Bu addım ABŞ-ı zəiflədəcək
ABŞ qoşunlarının bir hissəsinin Almaniyadan çıxarılması yanlış addımdır.

Bunu NATO-nun Avropadakı qoşunlarının keçmiş rəhbəri Ben Hoces DPA agentliyinə müsahibəsində deyib.

O bu qərarın təkcə ABŞ-ın yox, bütün NATO-nun mövqeyini zəiflətdiyini bildirib.

Ben Xoces Polşanın hələlik ABŞ əsgərlərini öz ərazisində qəbul etməyə hazır olmadığını bildirib:

“Mən eşitmişəm ki, bu, Almaniya üçün cəza olmalıdır. Təəssüf ki, bu, prezident və Almaniyadakı səfirimizin əsgərlərimizin niyə bu ölkədə olmasıyla bağlı anlayışının olmamasından irəli gəlir. Onları burada Almaniyanı qorumaq üçün deyil, özümüz üçün yerləşdirmişik. Əgər ABŞ Avropada öz hərbi potensialını azaltsaydı, özünü zəiflətmiş olardı”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ