Sizin reklam burada
Sizin reklam burada

“Bu SSRİ respublikaları Rusiyadan torpaq qoparıb”

“Bu SSRİ respublikaları Rusiyadan torpaq qoparıb”
“Rossiya 1” telekanalında yayımlanan “Moskva. Putin. Kreml” verilişində Prezident Vladimir Putin Sovet İttifaqının yaranması zamanı onun üzvü olan respublikaların bir çoxunun “Rusiyadan torpaq aldığını” deyib.

Putin çıxışında hələ də həmin “tarixi rus torpaqları”nın bu respublikaların tərkibində olduğunu bildirib.

Rusiya prezidentinin fikrincə, bu respublikaların hər biri SSRİ-ni tərk edərkən, Rusiya xalqından hədiyyələr aparmamalı və çıxdığı ilə getməli idi.

Putin hansı respublikaları və hansı torpaqları nəzərdə tutduğunu söyləməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ