Sizin reklam burada
Sizin reklam burada

ABŞ Rusiyanı buradan vuracaq

ABŞ Rusiyanı buradan vuracaq
ABŞ 70 ildən çoxdur ki, Rusiyaya Arktika üzərindən hava hücumları təşkil etmək planını hazırlayır.

Bunu rusiyalı hərbi ekspert Vladislav Şurıqin ölkə mətbuatına açıqlamasında deyib.

Ekspert bildirib ki, ABŞ-dan Rusiyanın strateji, siyasi və iqtisadi bölgələrinə ən qısa məsafə Şimal qütbündən keçir:

“Varşava Paktı ölkələrində havadan müdafiənin intensivliyini nəzərə alsaq, ABŞ-ın bombardmançı təyyarələrinin Avropadan, tataq ki, Ural bölgəsinə çatması mümkün deyildi. O vaxt Sovet İttifaqı Arktikanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etdikdən sonra ABŞ "Kruz" raketlərinə keçməli oldu. ABŞ 70 ildən çoxdur ki, Arktika üzərindən hava hücumları təşkil etmək planı üzərində işləyir. Buna baxmayaraq, Rusiya hərbi təyyarələri amerikalılara lazımi cavab verə biləcək vəziyyətdədir”.

Qeyd edək ki, ABŞ Hərbi-Hava Qüvvələrinə aid bombardmançı təyyarələr Arktika bölgəsində tez-tez uçuşlar həyata keçirir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ