Sizin reklam burada
Sizin reklam burada

Baş qərargah rəisi xalqdan üzr istədi

Baş qərargah rəisi xalqdan üzr istədi
ABŞ ordusunun Baş qərargah rəisi Mark Milli kameralar qarşısına keçərək xalqından üzr istəyib.

Baş qərargah rəisi Ağ Ev yaxınlığındakı etirazçıların bibər qazı və plastik mərmi ilə geri oturdulmasından sonra kilsəyə gedən Prezident Donald Trampı müşayiət etməsinin səhv olduğunu etiraf edib.

Milli Müdafiə Universitetində çıxış edən M.Milli bildirib ki, həmin anda orada olması ordunun daxili siyasətə müxalif olduğu təəssüratını yaradıb.

Qeyd edək ki, sözügedən etiraz aksiyası dinc şəraitdə keçmişdi. Buna görə də polisin belə sərt müdaxiləsi tənqidə məruz qalmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş