Sizin reklam burada
Sizin reklam burada

Təhlükə başlayır

Təhlükə başlayır
Çin güzəştə gedir və çalışır ki, ABŞ-la münasibətlərdə kompromis tapsın, lakin Vaşinqton Pekinlə razılaşmaq istəmir.

Bunu Primakov adına Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatının Tədqiqi İnstitutunun direktoru Aleksandr Dınkin deyib.

O, ABŞ-ın Çinin iqtisadi və texnoloji artımını tormozlamağa çalışdığını bildirib:

“Bizi bu postböhran dövründə nə gözləyir? Aydındır ki, burada əsas tendensiya yeni ikiqütblülüyün formalaşdırılmasıdır. Dünya sisteminin belə ikiqütblülüyü daha da aydınlaşır. Səbəb nədir? 2017-ci ildə Çinin Kommunist Partiyasının qurultayından sonra Çin ciddi şəkildə siyasətini və ritorikasını dəyişdi. Pekin təkcə iqtisadi yox, həm də texnoloji liderlik iddialarını tez-tez səsləndirməyə başladı. ABŞ da təxminən bu dövrdə Amerikanın böyüklüyü vurğusunu simmetrik olaraq gücləndirdi. Bu konfliktin nəticəsi ikiqütblü dünya olacaq. Belə sərt rəqabətin məntiqi nədir? Fikrimcə, Çinin daha 50 il gözləməyə səbri çatmadı. Bunu dərk edən Çin çalışır ki, razılaşıb, geri çəkilsin. Məsələn, ticarət məhdudiyyətlərinin ortadan qaldırılması barədə razılaşmada 198 maddə var. Onun 105-i “Çin məcburdur”, 88-i “tərəflər məcburdurlar”, 5-i “ABŞ məcburdur” sözləriylə başlayır. Nəticədə Çinin ABŞ-a ixracı 26% azaldı. Çin çalışır ki, kompromis tapsın, ABŞ isə kompromis axtarmır. Vaşinqton istəyir ki, bu ölkənin artımını dayandırsın. Düşünürəm ki, postböhran dövrünə daxil olanda bu assimmetriya kifayət qədər təhlükəli olacaq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ