Sizin reklam burada
Sizin reklam burada

"Əl-Qaidə"nin bir nömrəli adamı məhv edildi

"Əl-Qaidə"nin bir nömrəli adamı məhv edildi
"Əl-Qaidə" terror təşkilatının bir nömrəli adamı öldürülüb.

Türkiyə mətbuatı xəbər verir ki, terror təşkilatının Şimali-Qərbi Afrikada fəaliyyət göstərən "Mağrip El Kaidesi" adlı qolunun bir nömrəli adamı Abdelmalek Drukdal Malidə öldürülüb.

Bildirilib ki, əməliyyatı Fransa həyata keçirib.

Fransa müdafiə naziri Florence Parly sosial media hesabında açıqlama verib. O bildirib ki, prezident Emanuel Makron "G5" ölkələrinin liderləri ilə birlikdə bölgədə terrorla mübarizə aparılması üçün birgə qərar veriblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş