Belarus Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinə namizədlərin irəli sürülməsi üzrə 10 təşəbbüs qrupunu qeydiyyatdan keçirib.
Mayın 15-də MSK təqdim olunan sənədlərin bir hissəsinə baxaraq on qrupa rədd cavabı vermiş, dörd qrupu, o cümlədən hazırkı Belarus lideri Aleksandr Lukaşenkonun təşəbbüs qrupunu qeydiyyatdan keçirmişdi. Mayın 19-da isə komissiya namizədlik üzrə yalnız bir təşəbbüs qrupunu qeydiyyata alıb, 22-nin qeydiyyatından isə imtina olunub.
Beləliklə, təşəbbüs qruplarının qeydiyyat mərhələsindən sonra avqustun 9-da keçiriləcək prezident seçkilərində 15 namizədin mübarizə aparacağı məlum olub.
Conflict.az