Sizin reklam burada
Sizin reklam burada

Paradda iştirak edən səfir istefaya göndərildi

Paradda iştirak edən səfir istefaya göndərildi
Minskdəki 9 May paradında iştirakından sonra Slovakiyanın Belarusdakı səfiri istefaya göndərilib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, Yozef Miqaş Minskdə tədbirdə iştirak etməzdən əvvəl Slovakiya XİN-i ilə məsləhətləşməyib. Qurumda hesab olunub ki, səfir mənzil-qərargahla kommunikasıya prisiplərini pozub.

Nəticədə, o, istefa verməli olub.

Məsələ ilə bağlı şərh verən Y.Miqaş isə partizan və antifaşistin oğlu kimi bu tədbirdə iştirakın onun prisipial mövqeyi olduğunu deyib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin bir çox səfiri parada dəvəti qəbul etməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ