Sizin reklam burada
Sizin reklam burada

Lider tapılmasa, məhv olacaq

Lider tapılmasa, məhv olacaq
Əgər ölkədə lider olmasa, Ukrayna əhalisini məhv və ölüm gözləyir.

Bunu Ukrayna Radasının Həyat üçün Müxalifət Platforması fraksiyasından olan deputatı İlya Kiva deyib.

“Ölkəni bir araya gətirə biləcək lider peyda olmayana qədər biz məhv olub öləcəyik. Lider gərək nizam yaratsın və o, ukraynalıların maraqlarına uyğun hərəkət etmək üçün dəqiq motivasiyaya sahib olmalıdır”, – deyə o bildirib.

Kiva Qərbin Ukraynaya ekspansiyasının ikinci mərhələsinin başladığını söyləyib:

“Qərb öz kadrlarını Ukrayna hakimiyyətinə salmağa cəhd edir. Bu nümunələrdən biri də eks-prezident Mixail Saakaşvilinin baş nazirin müavini təyin edilməsi cəhdidir. Bu, Ukraynanın kredit alması üçün şərtlərdən biridir. Vladimir Zelenski xarici təsirə müqavimət göstərmək imkanında deyil. Məhz buna görə lobbizm hakimiyyətin bütün qolların sıxır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ