Sizin reklam burada
Sizin reklam burada

Narkobaron nazir təyin edildi

Narkobaron nazir təyin edildi
Venesuela Prezidenti Nikolas Maduro Tariq əl Ayssamini neft sənayesi naziri təyin edib.

Bu məlumatı “Doyçe Velle” yayıb.

Əl Ayssami bu vəzifədə general Manuel Kevedonu əvəz edib.

Maduro həmçinin PDVSA şirkətinə rəhbər vəzifəsinə Venesuelanın eks-prezidenti Uqo Çavesin qohumu Asdrubal Çavesi təyin edib.

Sayt ABŞ Milli Təhlükəsizlik Nazirliyinin məlumat bazasında Əl Ayssaminin xüsusi kateqoriyalı narkotacir olması və beynəlxalq narkotədarükün təşkilində əhəmiyyətli rol oynanmasına dair informasiyanın yer aldığını bildirib. Yeni nazirin ABŞ-ın ən çox axtarılan cinayətkarlar siyahısında olduğu, ona qarşı sanksiyalar tətbiq edildiyi vurğulanıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ