Sizin reklam burada
Sizin reklam burada

Lavrov Ermənistanı işğalçı adlandırdı

Lavrov Ermənistanı işğalçı adlandırdı
Rusiyalı politoloq Sergey Markedonov xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ilə bağlı son açıqlamalarını şərh edib.

Ekspert nazirin son açıqlamasında bir sıra yeni nüansların yer aldığını bildirib.

“Aprelin 21-də Sergey Lavrov onlayn dəyirmi masa zamanı Dağlıq Qarabağ münaqişəsinin perspektivlərini dəyərləndirdi. Gözlənildiyi kimi, onun açıqlaması İrəvan və Bakıda diqqət mərkəzinə çevrildi”, - ekspert qeyd edib.

Markedonov Lavrovun çıxışında Ermənistanı sətraltı “işğalçı” adlandırması və Qarabağ ətrafındakı rayonları azad etməyə çağırması ilə bağlı fikirlərinə də diqqət çəkib:

“Rusiya xarici işlər naziri vurğuladı ki, bu gün sülh prosesi ətrafında mövcud olan sənədlər münaqişənin mərhələli bir yanaşma əsasında həllinə doğru getməyi təklif edir. Bu ifadə əlavə aydınlaşdırma tələb edir. Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı ərazilərin azad olunmasına diqqət çəkərək, Qarabağın statusu ilə bağlı qərarın sonrakı mərhələyə keçirilməsində maraqlıdır. Rusiyalı nazir aprelin 21-dəki çıxışında da bu ərazilərin azad edilməsi barədə danışdı.

Əvvəla, Lavrov mərhələli yanaşma ifadəsini ilk dəfə istifadə etmir. Ən azından 2018-ci ilin yanvarında bu mövzuda etdiyi çıxışını xatırlaya bilərsiniz. Ancaq əsas rus diplomatının bu dəfəki çıxışında “azad etmək” ifadəsi xüsusilə diqqət çəkdi, bunu unutmamalıyıq. O, həmçinin münaqişənin mərhələli həlli üçün yenilənmiş Madrid prinsiplərindən də danışdı. Bu da Lavrovun çıxışında yer alan yeni ifadələrdən biridir.

Amma bu gizli və sirli sənəd deyil, sadəcə iki ildir müzakirə edilmir. Azərbaycan tərəfi bu sənədə istinad edərək, Qarabağ ətrafındakı yeddi bölgənin azad edilməsindən danışır, rusiyalı nazir isə bu məsələdə daha təmkinlidir. Burada, eyni zamanda, Qarabağ və Ermənistan arasındakı dəhlizin qorunması nəzərdə tutulur. Məhz bu dəhlizin genişliyi, Xankəndi və İrəvanı birləşdirən ərazilər məsələsinin sonraya təxirə salınması sülh prosesinin ən çətin mövzularından biri olaraq qalır”.

Markedonov qeyd edir ki, Lavrov danışıqların zəruriliyini də vurğulayır, lakin məzmun baxımından münaqişə tərfləri arasında kompromis ab-havası yoxdur: “Moskvanın bu işi onlar üçün edəcəyi ehtimalı azdır”.

Onun sözlərinə görə, sülh planının icrası Ermənistan və Azərbaycan tərəflərinin səlahiyyətində qalmalıdır.

Markedonov Ermənistan və Azərbaycanın qarşılıqlı güzəştlərə hazır olmadığını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ