Sizin reklam burada
Sizin reklam burada

Çin üçün şok qanun

Çin üçün şok qanun
ABŞ Konqresinə Çinə qarşı ikinci hərbi sərmayə qərarı təqdim olunub.

Arkanzas senatoru Tom Kotton Çinə qarşı Sakit okean bölgəsində tətbiq edilmək üzrə 43 milyard dollarlıq hərbi sərmayə qanununu Senata təqdim edib.

“Çinin əməliyyat müqavimətini gücləndirmə aktı” başlıqlı qanunda sərmayənin məqsədinin Çinin ABŞ-ı Sakit okean bölgəsindən qovmaq cəhdlərinin qarşısını almaq olduğu bildirilib.

43 milyard dollarlıq sərmayənin böyük qisminin 2021-ci ilin, qalanının isə 2020 və 2022-ci illərin hərbi büdcəsindən təmin edilməsi nəzərdə tutulur.

Qanunda Çinə qarşı aviasiya üstünlüyünü təmin etmək üçün bölgəyə yerləşdiriləcək F-35 qırıcı təyyarələrin alınması və “Boeing” firmasının məhsulu olan F-15EX tipli döyüş təyyarəsinin istehsalının sürətləndirilməsi tələb edilir.

Sənəddə həmçinin rəsmi Pekinin koronavirus pandemiyasının yayılmasından məsuliyyət daşıdığı qeyd edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ