Sizin reklam burada
Sizin reklam burada

5,5 milyard gətirirəm

 5,5 milyard gətirirəm
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakimiyyətə xarici maliyyə yardımı cəlb etməyə köməklik göstərməyə hazır olduğunu bildirib.

Bunu Saakaşvili “Mtavari Arxi” televiziyasına açıqlamasında deyib.

O, Gürcüstanın koronavirus pandemiyasına görə yoxsulluq və aclıqla toqquşa biləcəyini söyləyib. Saakaşvili ölkə iqtisadiyyatını xilas etməyin yeganə yolunun xarici dəstək olduğunu bildirib.

Eks-prezident bildirib ki, indiki hakimiyyət ölkəyə xarici yardım cəlb etmək imkanında deyil, ona görə də vasitəçiliyə hazırdır:

“Məndən istifadə edin ki, xarici yardım ala biləsiniz. Bütün xarici paytaxtları ziyarət etməyə hazıram. Beynəlxalq maliyyə təşkilatlarında çoxlarını tanıyıram. Tramp uzun illər məni bütün dünyada tərifləyib və özünün şəxsi dostu adlandırıb. Mən müasir Avropanın liderlərini yaxşı tanıyıram”.

Saakaşvili bütün hüquqi mübahisələri gələcəyə saxlamağa və payıza qədər moratorium tətbiq etməyə çağırıb:

“Mənə yalnız xarici yardım axtarışı üçün Gürcüstan hakimiyyətinin müvəqqəti və rəsmi nümayəndəsi statusu verin. Sizə zəmanət verirəm ki, əgər 5,5 milyard dollar cəlb edə bilməsəm belə, Gürcüstan iqtisadiyyatını xilas etməyə imkan verən maliyyə gətirəcəyəm”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ