Sizin reklam burada
Sizin reklam burada

Kilsə ilə hökumət toqquşdu

Kilsə ilə hökumət toqquşdu
Gürcüstanın Bodbe yeparxiyasının mitropoliti Yakob Ata gürcü həkimlərinin vətəndaşların Pasxa bayamı günü kilsəni ziyarət etməməklə bağlı çağırışlarına sərt reaksiya verib.

O, tibb işçilərinin mövqeyinin qəbuledilməz olduğunu, həkimlərin əlindən xəstələnən şəxslərin kilsəyə sağalmaq üçün gəldiyini bildirib.

Mitropolit həkimlərin kilsəni ziyarət etməməklə bağlı bəyanatlarına görə üzr istəməli olduqlarını deyib.

Yakob Xəstəliklərə nəzarət üzrə Milli Mərkəzin rəhbərlərini təhdid edərək, onların kilsəni ziyarət edənlərlə toqquşmağa cəsarət etməmələri gərəkdiyini vurğulayıb:

“Hakimiyyət Pasxa günü kilsəyə gedən dövlət işçilərini işdən çıxaracağı ilə təhdid edir. Biz hələ kimin kimi qovacağını görəcəyik”.

Qeyd edək ki, bundan öncə hökumət əhalini Pasxa bayramı günü kilsəni ziyarət etməməyə çağırıb. Koronavirusun yayılmasının qarşısını almaq üçün din adamlarının bir qismi bu bəyanatı dəstəkləsə də, bəziləri buna qarşı çıxıb.

Xatırladaq ki, Ermənistanda da kilsə-hakimiyyət toqquşması yaşanır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ