Sizin reklam burada
Sizin reklam burada

Ölkəyə nəzarət itirilir

Ölkəyə nəzarət itirilir
Nikol Paşinyn pat vəziyyətindədir, mütəmadi olaraq situasiyaya nəzarəti itirir.

Bu məlumatı “İrates” qəzeti yayıb.

“Bölgələrdə fəlakətli situasiya hökm sürür. İnsanlar daha yaşaya bilmirlər, hər saniyə iqtisadi çöküşə səbəb ola, sosial qiyam ehtimalı arta və hansısa anda partlaya bilər. Koronavirusun yayılması pik həddinə hələ çatmayıb, amma Paşinyanın koronavirusun sınması ilə bağlı açıqlaması fövqəladə vəziyyətə qeyri-ciddi münasibət üçün bəhanə olub. Küçələr insanlarla dolub. Bu, virusun yayılmasının ikinci dalğasına gətirib çıxara bilər ki, hakimiyyət buna müqavimətə hazır deyil. Fövqəladə vəziyyət rejiminin bitməsindən sonra Paşinyan Konstitusiya Məhkəməsinin üzvləri ilə bağlı referendum üçün təşviqat kampaniyasını davam etdirəcək. Belə fikir var ki, bu referendum hakimiyyətin qəbirqazanı olacaq. Buna görə də Paşinyan öz “kino”suna və Erməni Apostol Kilsəsinə qarşı xaç yürüşünə başlayıb”, – deyə məqalədə bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ