Sizin reklam burada
Sizin reklam burada

Banklar nazirə kredit vermədi

Banklar nazirə kredit vermədi
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov kiçik və mikro biznes üçün sıfır faizlə kredit verilməsi mexanizminin işini yoxlamaq üçün şəxsən kredit götürməyə çalışıb, lakin istəyinə nail ola bilməyib.

Bu barədə “Lenta.ru” məlumat yayıb.

Reşetnikov ölkənin ən böyük iki bankına kredit üçün müraciət edib. Banklardan birinin “qaynar xətti” nazirə hökumətin müvafiq sərəncamı imzalamadığını bildirib, digər bankda isə kreditin yalnız may ayında verilə biləcəyi qeyd olunub.

M.Reşetnikov bundan sonra bankların rəhbərliyi ilə əlaqə saxlayıb. O, sözügedən kreditlərin verilməsi ilə bağlı vəziyyətin hələ ki, acınacaqlı olduğunu vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ