Sizin reklam burada
Sizin reklam burada

Bizim dərimizi soymaq nəyə lazımdır?

Bizim dərimizi soymaq nəyə lazımdır?
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiya onlara satdığı qazın qiymətini endirməklə bu ölkəyə koronavirus pandemiyası zamanı kömək etmiş olar.
Bununla bağlı prezident bu gü keçirilən müşavirədə fikirlər səsləndirib: “Kömək etmək istəyirsinizsə, təbii qazın qiymətini bizim üçün dünya bazarına uyğunlaşdırın. Bu gün Avropaya Rusiya təbii qazının min kubmetri 80 dollar, 90 dollardan yüksək olmayan qiymətə satılır. Biz isə onun üçün 127 dollar ödəyirik. İndi harada belə qiymət var? Kömək etmək istəyirsiniz, edin: nə pul, nə də başqa nəsə istəmirik. Bizim dərimizi soymaq nəyə lazımdır?”
Qeyd edək ki, bir neçə gün əvvəl Lukaşenko bildirmişdi ki, hazırkı şəraitdə Rusiya onlara qazı 40-45 dollara satmalıdır.
Rusiya ilə Belarus arasında mövcud qaz qiymətləri 2019-cu ilin dekabrında imzalanmış müqaviləyə əsasən müəyyənləşib.
Ötən ilin sonlarında Belarus tərəfi qiymət bahalığını əsas gətirməklə Rusiya neftini almaqdan imtina edib. Lukaşenkonun tapşırığı ilə neft Norveç, Azərbaycan və digər ölkələrdən alınmağa başlayıb. Bu ilin martında Rusiya tərəfinin təşəbbüsü ilə Belarusu təmin edən qiymətlər üzrə razılaşma əldə olunub. Aprel ayında Belarusun tonu 4 dollara olmaqla 2 milyon ton Rusiya nefti alması nəzərdə tutulur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ