Sizin reklam burada
Sizin reklam burada

Sirr açıldı

Sirr açıldı
Məlum olduğu kimi, koronavirusun (COVİD-19) qeydə alınmadığı ölkələrdən biri də Türkmənistandır.

Bu türk ölkəsində COVİD-19 virusu ilə bağlı heç bir rəsmi qurumun açıqlama verməməsi diqqət çəkib.

İddia edilir ki, hələ İranda koronavirus sıçrayışı baş verməzdən əvvəl Türkmənistan bu ölkə ilə sərhədləri bağlamaq qərarı verdi.

Hətta hökumət 21 mart Novruz bayramı ilə bağlı kütləvi şənlikləri də qadağan etməyi ehtiyac görmədi.

Deyilir ki, ölkənin koronavirusdan yayınmağının ən önəmli səbəblərindən biri də prezident Qurbanqulu Berdiməhəmmədovun şəfalı bitkilərin istifadəsi barədə xalqa tövsiyyələr verməsidir.

Dövlət başçısı xüsusilə üzərliyin virusa qarşı mübarizədə daha təsirli bitki olduğunu bəyan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş