Sizin reklam burada
Sizin reklam burada

Rəhm etməyəcəyik!

Rəhm etməyəcəyik!
ABŞ xalqına, ordusuna və müttəfiqlərinə hücumlara tolerant yanaşmayacağıq.

Bu sözləri Pentaqon rəhbəri Mark Esper İraqda Taci hərbi bazasına hücumla bağlı açıqlamasında deyib.

O, hərbi, siyasi və iqtisadi mübarizə üsullarının müzakirə edildiyini bildirib:

“Müttəfiqlərimizlə birgə olayın günahkarlarını məsuliyyətə cəlb etmək və müdafiəmizi gücləndirmək üçün müzakirələr aparılır”.

Qeyd edək ki, anti-İŞİD koalisiyasının sözçüsü Milz Kaggins koalisiyanın İraqdakı Taci düşərgəsinin raketlə vurulduğunu açıqlamışdı. ABŞ mediası hücumda 2 Amerika, 1 ingilis hərbçisinin həlak olduğunu yazmış, baş verənlərə görə İran ittiham edilmişdi.

İraqda Amerika hərbi bazasının hücuma məruz qalmasından sonra ABŞ liderliyindəki anti-İŞİD koalisiyasının döyüş qırıcıları Suriyada İran Silahlı Qüvvələrinə məxsus (SEPAH) 3 hərbi obyekti vurub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ