Sizin reklam burada
Sizin reklam burada

Siyavuş Novruzov: “Kasıbın son qəpiyini əlindən alan, rüşvətlə məşğul olan şəxslər kimliyindən asılı olmayaraq, layiqli cəzasını alacaq”

Siyavuş Novruzov: “Kasıbın son qəpiyini əlindən alan, rüşvətlə məşğul olan şəxslər kimliyindən asılı olmayaraq, layiqli cəzasını alacaq”
Prezident İlham Əliyev Neftçala və İsmayıllı rayonlarının yeni icra başçılarının qəbulu zamanı, məmurlara xitabən sərt bəyanatla çıxış edib. Neftçala rayonunun sabiq icra başçısı ilə bağlı baş verənlərə diqqət çəkən ölkə başçısı, bundan sonra da rüşvət və korrupsiya ilə məşğul olanlara qarşı ciddi addımların atılacağını vurğulayıb.
Prezident İlham Əliyevin məlum bəyanatı ölkəmizdə rüşvət və korrupsiyaya qarşı yeni mübarizə dalğasının başlanmasına təkan verə bilərmi? Məmurların bu bəyanatdan çıxarmalı olduqları hansı nəticələr var?
Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov, vətəndaşları incidən, onları dövlətdən narazı salan məmurlara qarşı bundan sonra da sərt addımalar atılacağını vurğulayıb:
“Təməli ümummilli lider tərəfindən qoyulan korrupsiyaya qarşı mübarizə prezidentimiz tərəfindən ardıcıl şəkildə davam etdirilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə komissiyası yaradıldı. Bura QHT-lərdən, parlamentdən, digər yerlərdən nümayəndələr daxil oldu. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradıldı. Hətta ona geniş səlahiyyətlər verildi.
Rüşvət, korrupsiya kimi halların qarşısını almaq üçşün dövlətimiz, prezidentimiz tərəfindən bütün gərəkli addımlar atılıb və atılmaqdadır. Ölkə başçısı bütün çıxışlarında qeyd edir ki, bütün görülən işlər, qurulan şərait vətəndaşlar üçündür. Məmurların borcu vətəndaşlara xidmət etməkdir. Məmur o vəzifəyə ona görə təyin edilib ki, vətəndaşa xidmət etsin. Məmur təyin olunmur ki, korrupsiya və rüşvətlə məşğul olsun.
Son hadisələr bir daha onu göstərir ki, kimliyindən asılı olmayaraq, neqativ hallara yol verən şəxslərə qarşı ciddi addımlar atılır. Ölkə başçısı da qeyd etdi ki, heç kimə güzəşt olunmayacaq, heç kimin keçmiş xidməti nəzərə alınmayacaq. Çünki həmin şəxslər xidmətlərinə görə lazımi mükafatlarını alıblar, müəyyən vəzifələrə təyin olunublar. Əgər kimsə bundan istifadə edib rüşvətlə, korrupsiya ilə məşğul olacaqsa, insanları dövlətdən narazı salacaqsa, kasıbın son qəpiyini əlindən alacaqsa, deməli, onlar başqa əqidə və məsləyin insanlarıdır. Bu cür insnalara qarşı mübarizə bundan sonra da sərt və amansız olacaq”.
Seymur ƏLİYEV

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ