Sizin reklam burada
Sizin reklam burada

"Avakov ölkəyə yoluxan virusdur"

"Avakov ölkəyə yoluxan virusdur"
Rusiya mətbuatına istinadən xəbər verir ki, Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin qarşısında aksiya iştirakçıları ölkənin daxili işlər naziri Arsen Avakovun işdən çıxarılmasını tələb ediblər.

“Gromadske” telekanalının verdiyi məlumata görə, etirazçılar kimyəvi müdafiə kostyumlarında toplaşaraq Avakovu "ölkəyə yoluxan bir virus" adlandırdılar.

Avakov həmçinin rezonans doğuran cinayət işlərinin istintaqının nəticələrinin olmaması, xüsusən 2016-cı ildə avtomobilin partladılması zamanı dünyasını dəyişən jurnalist Pavel Şeremetin öldürülməsində və Xersonda konsentratlaşdırılmış sulfat turşusu içildikdən sonra 2018-ci ildə ölən ictimai fəal Katerina Qandzyukun ölümündə günahlandırılıb.

Şahidlərin sözlərinə görə, nümayişçilər prezident iqamətgahının binasında "Daxili İşlər Naziri Arsen Avakovun istefasının təqdimatı" yazısı olan plakatı asmağa çalışıblar.

Qeyd etmək lazımdır ki, etiraz aksiyasına səbəb Avakovun Ukraynanın daxili işlər naziri vəzifəsində olmasının altıncı ildönümü ilə bağlı olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ