Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan nə istədiyini dedi

Ərdoğan nə istədiyini dedi
Meydanda yeni baxış bucağına və yeni şəkillənməyə dair bir mənzərə yoxdur.

Bu sözləri terrorizmlə mübarizə üzrə mütəxəssis, məşhur türk hərbi ekspert Abdullah Ağar Axar.az-a açıqlamasında Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın İdlib müzakirəsini şərh edərkən deyib. Onun sözlərinə görə, İdlibdəki proseslərin necə idarə olunacağı ilə bağlı tərəflərdən heç biri rəsmi açıqlama ilə çıxış etməyib:

“Rəsmi açıqlamanın olmamasına baxmayaraq, hər iki tərəf öz niyyət və məqsədini açıq şəkildə ifadə edib.

Türkiyə Soçi razılaşmasına sadiq qalınmasını istəyir. Rusiya tərəfi isə görünən odur ki, meydanda yeni bir baxış, yanaşma istəyir. Rusiya radikallardan narahatlıq duyduğunu dilə gətirir, Türkiyə Əsəd rejiminin hücumlarından narazılığını bildirir”.

Ekspertin fikrincə, bu gərginlik hələ bir müddət davam edəcək:

“Atəşkəs elan olunmasına baxmayaraq, qarşılıqlı hücumlar davam etdirilməkdədir. Son zamanlar meydanda hadisələr böyük sürətlə cərəyan edir. Konfliktin həlli istiqamətində atılan konkret, həlledici addımın olmadığı aydındır. Bunun hələ bir müddət davam edəcəyini düşünürəm”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş