Sizin reklam burada
Sizin reklam burada

Mənə oyun quranları bağışlamayacam

Mənə oyun quranları bağışlamayacam
Bütün urmiyalıları, Azərbaycan türklərini və İran xalqını seçki məntəqələrinə gedib, öz nümayəndələrini seçməyə dəvət edirəm.

Bu sözləri Urmiyanın İran Parlamentindəki sabiq nümayəndəsi Nadir Qazipur deyib. O, çağırışında namizəd Gülşən Novruziyə dəstəyini nümayiş etdirib:

“Urmiyada həssas bir vəziyyət mövcuddur. Buna görə də bütün sevənlərimi, tərəfdarlarımı, Azərbaycanın kişi və qadınlarını qəti şəkildə səsverməyə çağırıram. Onlar Azərbaycanın hüquqlarını müdafiə etməlidirlər. Bu gün əziz bacım Gülşən Novruzi ilə görüşdük. Onun maksimum səs toplamasını istəyirik”.

N.Qazipur onu millətçi adlandıranlara da reaksiya verib:

“Urmiyanın zalımların əlinə keçməsinə imkan verməyin. Məni pantürkizmdə ittiham edirlər. Millətçi olsaydım, niyə Xuzistanda, Sərdəştdə, Piranşəhrdə döyüşürdim? Mənə qarşı fəaliyyət göstərənləri bağışlamayacağam”.

Qeyd edək k, Nadir Qazipurun namizədliyi təsdiqlənməyib. O, pantürkizmdə ittiham olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ