Sizin reklam burada
Sizin reklam burada

Lavrovun yeni planı – Sensasion iddia

Lavrovun yeni planı – Sensasion iddia“Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Rusiyanın “kiçik addımlarla” Azərbaycan və Ermənistanın yaxınlaşması planı müzakirə edildi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, sözügedən planın bir hissəsi artıq yerinə yetirilib – uzun illərdən sonra iki ölkədən olan jurnalistlərin qarşılıqlı səfəri baş tutub.

“Kommersant”ın məlumatına görə, hazırda ictimaiyyət və mədəniyyət xadimlərinin, o cümlədən parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili məsələsinə baxılır:

“Bundan başqa əsirlərin mübadiləsi məsələsi də müzakirə olunur”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ