Sizin reklam burada
Sizin reklam burada

“ABŞ vaxtilə onlara dəstək verirdi, indi isə...” – Kritik açıqlama

“ABŞ vaxtilə onlara dəstək verirdi, indi isə...” – Kritik açıqlama“ABŞ beş-altı il əvvəl Bəşər Əsəd rejiminə qarşı indi “cihadçı” damğası vurulan Suriya Azadıq Ordusuna (SAO) dəstək verirdi”.

Bunu Almaniya mediasına açıqlamasında Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O, SAO-nun “cihadçı qruplaşma” kimi qəbul edilməsinin doğru olmadığını bildirib.

Kalın ABŞ-ın Suriyada PYD/YPG terror təşkilatına verdiyi dəstəklə bağlı bunları deyib:

“PYD/YPG terror təşkilatları Tramp hökuməti də daxil olmaqla, bütün Qərb ölkələri tərəfindən dəstəklənən marksist-leninist bir təşkilatdır. ABŞ-ın Suriyada İŞİD-lə mübarizə adı altında marksist-leninist bir təşkilata dəstək verməsi mənə qəribə gəlir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ