Sizin reklam burada
Sizin reklam burada

Türk ordusu “Vur” əmrini gözləyir

Türk ordusu “Vur” əmrini gözləyirFəratın şərqindəki PKK-YPG terrorçularını işğal etdikləri bölgələrdən təmizləmək üçün əməliyyat hazırlıqlarını tamamlayan türk ordusu Ankaradan “vur” əmrinin gəlməsini gözləyir.

TSQ-nın bütün istiqamətlərdə təzyiqi artırması terrorçuları hava hücumu zamanı sağ qala bilmək üçün Ayn İsa, Hasekə, Tel Abyad və Ayn əl-Arabda sipərlər və bir neçə fərqli nöqtədən çıxışı olan tunellər qazmağa vadar edib.

Məlumata görə, əməliyyat çərçivəsində türk ordusunun ilk hədəfi 40 kilometr dərinliyə qədər irəliləmək və Tel-Abyad, Rəsulayn şəhərlərini ələ keçirməkdir. Havadan və qurudan vurulacaq hədəflərdən sonra TSQ əməliyyatları genişləndirəcək, Tel-Abyad və Rəsulayndan sonra Kobaniyə girəcək.

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) üzvlərinin 6 aydır sözügedən əməliyyat üçün hədəfləri müəyyən etdiyi bildirilir.

  • Sosial şəbəkədə paylaş