Sizin reklam burada
Sizin reklam burada

Tacikistanla həmsərhəd əyalət "Taliban" terrorçularının nəzarətinə keçdi

Tacikistanla həmsərhəd əyalət "Taliban" terrorçularının nəzarətinə keçdi
İyulun 3-ü axşam saatlarında Tacikistan-Əfqanıstan sərhədindəki Bədəxşan əyalətinin dairə və kəndləri uğrunda döyüşən Əfqanıstan ordusunun 300 hərbçisi və sərhədçilər "Taliban" terrorçularının hücumlarına davam gətirməyərək Tacikistan ərazisinə keçib.
Tacikistan Dövlət Təhlükəsizliyi Komitəsinin mətbuat xidməti xəbər verir ki, Tacikistan sərhədçiləri humanizm prinsiplərini əsas götürərək əfqan hərbçilərini ölümdən xilas edib və onları müvəqqəti olaraq ölkə ərazisinə buraxıb.

Bildirilir ki, Tacikistanla həmsərhəd Bədəxşan əyaləti "Taliban" terrorçularının nəzarətinə keçib.

Məlumatda qeyd olunur ki, Tacikistan-Əfqanıstan sərhədi Tacikistan sərhədçilərinin tam nəzarətindədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş