Sizin reklam burada
Sizin reklam burada

“Yoluxucu xəstəliklərlə mübarizə” İB Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə özünün “İcbari tibbi sığortanın təbliği “ adlı layihəsinin 10-cu tədbirini keçirdi

“Yoluxucu xəstəliklərlə mübarizə” İB Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə özünün “İcbari tibbi sığortanın təbliği “ adlı layihəsinin 10-cu tədbirini keçirdi
“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icrasına başladığı “İcbari tibbi sığortanın təbliği” layihəsi çərçivəsində növbəti, sonuncu tədbirini 6 sentyabr 2019- cu il tarixində Ağdam rayonunun Kolqışlaq kəndinin sakinləri arasında keçirdi.

Tədbiri giriş sözü ilə layihənin regional əlaqələndiricisi Şərqiyyə xanım Dadaşova açdı.O, layihəni maliyyələşdirən təşkilat və layihəni həyata keçirən ictimai birlik haqqında məlumat verdi.Sonra söz layihənin həkim-eksperti Solmaz xanım Mirzəyevaya verildi. S.Mirzəyeva icbari tibbi sığortanın əhəmiyyəti və bunun necə tətbiq olunacağı haqqında ətraflı danışdı və iştirakçıları maraqlandıran sualları cavablandırdı.Sualların cavablandırılmasında layihə rəhbəri Fikrət Xəlilov da fəal iştirak etdi.İştirakçılara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı və sözü gedən layihəyə hədiyyə etdiyi bukletlər paylandı.Tədbir zamanı iştirakçılar üşün çay- kofe süfrəsi də açılmışdı.Tədbirin sonunda iştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinə layihənin onların ərazisində həyata keçirildiyinə görə təşəkkür etdilər.

Tədbirdə 30 nəfər iştirak edirdi.

“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin mətbuat xidməti

  • Sosial şəbəkədə paylaş